Batmış Xərclər Tələsi (Sunk Cost Fallacy) və Kahnemanın Prospekt Nəzəriyyəsi.
Ovcunu nə qədər bərk sıxsan da, içindəki qum dənələrinin süzülüb getməsinin qarşısını ala bilməzsən. Bu gün həm şəxsi həyatımızda, həm də korporativ maliyyə qərarlarında bizi addım-addım müflisliyə aparan ən böyük psixoloji tələdən danışacağıq:
Maliyyədə "batmış xərc" artıq xərclənmiş, geri qaytarılması və ya kompensasiya edilməsi qeyri-mümkün olan resursdur. Sağlam məntiq tələb edir ki, gələcəyə aid bir qərar verərkən keçmişdə batmış xərcləri tamamilə unudaq və yalnız cari faydaya baxaq. Biz sırf "bu vaxta qədər bura bu qədər sərmayə qoymuşuq" deyib, gələcəyi olmayan, zərərli layihələrə və ya defolt ərəfəsindəki müştərilərə əlavə pullar yatırmağa davam edirik. Batmaqda olan gəmini xilas etmək üçün ona daha çox yük yükləyirik.
Nobel mükafatçısı Daniel Kahneman bunu Prospekt Nəzəriyyəsi (Prospect Theory) ilə izah edir: İnsanlar üçün eyni məbləğdəki itkinin yaratdığı ağrı, qazancın yaratdığı sevinclə müqayisədə iki qat daha güclüdür (Loss Aversion). Biz itkini reallıq kimi qəbul etmək ağrısından qaçmaq üçün risk iştahamızı qeyri-rasional şəkildə artırırıq. "Əgər ityimi indi dayandırsam, keçmişdəki bütün zərəri rəsmən qəbul etmiş olacam" qorxusu bizi daha böyük qumarlara itələyir.
Bunu bankçılıq və pərakəndə risk menecmentindən çox tanış bir ssenari ilə canlandıraq.
Bank böyük bir rəqəmsal transformasiya layihəsinə və ya proqram təminatına başlayır. 3 il ərzində bura milyonlarla vəsait xərclənir. Yolun ortasında bəlli olur ki, bu texnologiya artıq köhnəlib, arxitekturası yararsızdır və bazardakı rəqiblərdən geri qalır. Rasional qərar layihəni dərhal dondurub zərəri kəsməkdir (Stop-Loss). Lakin idarə heyəti "biz bura 3 ilimizi və milyonlarımızı qoymuşuq, yarımçıq saxlaya bilmərik" deyərək layihəni bitirmək üçün büdcəni daha da artırır. Nəticədə bank həm köhnə milyonları itirir, həm də gələcək pullarını tamamilə yandırır.
Riyazi və psixoloji olaraq bu davranışı Kahnemanın subyektiv dəyər funksiyası ilə belə ifadə edə bilərik:
V(Δx) = (Δx)^α [əgər Δx ≥ 0]
V(Δx) = -λ(-Δx)^β [əgər Δx < 0]
Burada λ (lambda) itkidən qaçma əmsalıdır və adətən λ > 2 olur. Yəni subyektiv olaraq, 100 dollar itirməyin bizə verdiyi mənfi emosional təsir, 100 dollar qazanmağın verdiyi müsbət təsirdən iki qat daha ağırdır. Məhz bu asimmetriya risk menecerlərini və anderrayterləri defolt olmuş köhnə portfelləri təmizləmək əvəzinə, onları "canlandırmaq" üçün mənasız restrukturizasiya alətləri ilə vaxt itirməyə məcbur edir.
Batmış Xərclər Tələsinə düşməmək üçün risk mədəniyyətində bu 3 süzgəc olmalıdır:
Zərəri Vaxtında Kəsmək (Sərt Stop-Loss): Hər bir layihə və ya kredit limiti üçün keçmişə baxmayan, yalnız gələcək marjanı ölçən obyektiv "dayanma nöqtələri" əvvəlcədən təyin edilməlidir.
Yeni Göz Prinsipləri: Davam edən uğursuz bir layihənin gələcək taleyinə o layihəyə pulu ayıran köhnə komanda yox, tamamilə müstəqil, keçmiş zərərdə mənəvi məsuliyyəti olmayan yeni bir analitik qrup qərar verməlidir.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun